| Tiyatro Kursu  | Şirket Tiyatrosu
Tiyatro Dünyası
Tiyatro Dünyası Bu Sahnede...
 
Ana Sayfa  |  Hakkımızda  |  Yazılar  |  Haberler  |  Yazarlar  |  Tiyatro Oyunları  |  Tiyatro Grupları  |  Sanatçılar  |  Kaynak  |  Duyuru Panosu  |
Azerbaycan Üç Nokta Gazetesi Köşe Yazarı Prod. Dr. Vagıf İbrahimoğlu'ndan Türk Dünyasına Sesleniş
Vagıf İbrahimoğlu




ZİRVƏLƏRƏ DOĞRU!
SƏN, EY SAYĞIDƏYƏR OXUCUM!

Zirvələrin insan oğlundan ötrü əhəmiyyəti həm də ondadır ki, uca dağ başından uzaqları maneəsiz görmək olur. Hələ adıbəlli İsaak Nyuton etiraf edərək demişdir: "Mən ona görə çox şeyləri aydın anlaya bilmişdim ki, nəhənglərin çiyinlərində durmuşdum". Ser Nyutonun sözlərinə inanmaq olar, halbuki bunu deməyə də bilərdim.

Çox güman ki, xəbərdən xəbərin var, qoy xəbərləri olmayanları xəbərləndirim. İş bu ki, üzümüzə gələn aprel ayında paytaxtımızda rəsmi dillə desək, "türkdilli ölkələrin sammiti", sadə desək, zirvə toplantısı keçiriləcəkdir, inşallah. Bu toplantıya Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, habelə Rusiya Federasiyasının bəzi subyektləri qatılacaq ki, hazırda diplomatik kanallarda hazırlıq işləri aparılmaqdadır.

Çox güman ki, gözlənilən zirvə toplantısında aparıcı mövzu QLOBAL BÖHRAN məsələsi olacaqdır: bu son dərəcə aktual problemin həllindən yüz milyonlarca insanın rifahı asılıdır. Odur ki, heç şübhəsiz, türkdilli ölkələrin dövlət rəhbərləri olduqca ciddi və məsuliyyətli söhbətə hazır bulunmaqdadırlar.

Bəndəniz də sənətçi xəyalının qanadlarında Zirvənin başına uçub da oralardan ətrafına şöylə bir nəzər salır və... Və yenə də gözünə illərcə həllini bulmayan LOKAL BÖHRAN görünür.

Düzdür, ey sayğıdəyər oxucum, mən yenə də "türkdilli ölkələrin teatr məkanının" əlaqəsizliyindən, parçalanmış halda olmasından giley-güzar etməyə hazırlaşıram. Dəsmalımı çıxarıb da göz yaşımı tökməyə macal tapmamış məmurlarımızın zabitəli səsini eşidirəm: "Ey, dili-qafil! Dünyada tüğyan edən böhrandan bixəbərmisən? Dünya maliyyə-kredit sisteminin böyrü üstə çökməsini görmürmüsən? Həm də, hansı "lokal böhran"dan dəm vurursan naşükürcəsinə? Bəs, TÜRKSOYun geniş fəaliyyəti? Bəs, "Novruz" Teatr festivalı ki, cəmi türkdilli ölkələrin teatrları orada buluşur-görüşür? Abrını ətəyinə bük, yava-yava qonuşma, sənətkar!"

Əski sovet tərbiyəmə görə bu yerdə "ləbbeyk!" deyib də susmalıyam. Amma və lakin böhranlı durumda olduğumdan yumşaq səslə etiraz edirəm. Deyirəm: - festivallara görə çox sağ olun, şənliklərin əhəmiyyətini danmaq insafsızlıqdır, amma və lakin mən teatrlarımızın fundamental əsaslar üzərində qurulmuş işbirliyindən danışıram. Örnək olsun "Avropa Teatrı" adlı təsisatlı birlik;

- TÜRKSOYun fəaliyyəti hər cürə təqdirə layiqdir, işləri göz önündədir; amma və lakin "türkdilli ölkələrin teatr sistemi" özü-özlüyündə beynəlxalq, uluslararası miqyaslı təşkilata dönmək potensialına malikdir;

- o ki qaldı iqtisadi böhrana... Necə olur ki, Rusiya Federasiyasında bu il də Çexov adına MXAT-ın nəzdindəki V.İ.Nemiroviç-Dançenko adına Teatr İnstitutunun Vs. Meyerhold Mərkəzi ilə birlikdə təsis etdikləri Ali Rejissor Kurslarına (Magistraturaya) postsovet məkanından öyrəncilər qəbul edilir? Necə olur ki, Azərbaycandan, Belarusdan, Qırğızıstandan və (dövlətlərarası münasibətləri, yumşaq desək, "sərin" olan) Ukrayna və Litvadan istedadlı gənclərə iki illik ödənişsiz (!) təhsil, ödənişsiz (!!) kommunal şərait, ödənişsiz (!!!) nahar, güzəştli nəqliyyat imkanları yaradılır? Necə olur ki, cəmi 6 (altı!) nəfərə Moskvanın ən ünlü teatr mütəxəssisləri canla-başla dərs deyə bilir?! Hələ üstəlik hər ay adambaşı hərəsinə 50 (əlli) dollar cibxərcliyi də verir ruslar...

Bu yerdə qeyrət məni boğur və mən müvafiq (yəni: boğuq...) səslə, amma və lakin ümid dolu intonasiyalarla deyirəm:

- olmazmı ki, QLOBAL BÖHRANla uğraşan "türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısı"nda LOKAL BÖHRANlardan biri həll edilsin?!! Bundan ötrü çox şey lazım deyil: yetər ki, dövlət başçıları "Türkdilli ölkələrin Teatr Mərkəzi"nin yaradılması haqqında qərar qəbul etsinlər. Sonrası sənətçilərin və məmurların boynuna!

****
Nəhənglərin çiynində durub da hər şeyi aydın gördükdə bir anlıq özünün də o qədər də cılız olmadığını görməkdən qürur duymağa başlayırsan, halbuki bunu deməyə də bilərdim...

Vaqif İBRAHİMOĞLU (Prof Dr.)
Azerbaycan YUĞ Devlet Tiyatrosu Baş rejısörü

Tiyatro Dünyası - Sizden Gelenler


Paylaş      
Yorumlar

Bu Oyun Hakkındaki Görüşlerinizi Paylaşın !

İsim
Mail  (Yayınlanmayacak)
Yorum
Güvenlik Kodu= 804
Lütfen bu kodu yandaki kutuya yazınız
 

    Son Eklenen Yazılar     En Çok Okunan Güncel Yazılar
27 MART… UMUDUNU ARAYAN BİR GÜN (Ahmet Yapar)
YOKLAMA LİSTESİ (Skeç)
    Tüm Tiyatro Yazıları

    Bu Tarihte Yayınlanan Diğer Yazılar
    Bu yazının yayınlandığı tarihte gündemdeki diğer yazılar aşağıda listelenmiştir...

  • Kabaret - İstanbul Şehir Tiyatroları (Ayşe Müge Gerdan) - 3/20/2009
  • Türkiye Tiyatrolar Birliği Dünya Tiyatro Günü Bildirisi (Temel Demirer) - 3/20/2009
  • Azerbaycan -Oyun- Çocuk Tiyatrosu Dünya Çocuk ve Gençlik Tiyatroları Günü Kutlaması (Rasim Aşın) - 3/20/2009
  • İletişimsizlik Düşanının Bilinmez ve Görünmez Rengi: Bayrak (Üstün Akmen) - 3/18/2009
  • Şafak Türküsü (Yurdagül Yurtseven) - 3/18/2009
  • Finansman Canavarı (Mehmet Çetinkaya) - 3/17/2009
  • Susmayın... (Orhan Aydın) - 3/17/2009
  • Tek Kişilik Şehir - Ankara Devlet Tiyatrosu (Ahmet Olcay) - 3/17/2009
  • Sıradışı Yazarın Sıradanlığı: Troyalı Kadınlar ve Dünyalar Savaşı (Üstün Akmen) - 3/15/2009
  • Gençlerin Tiyatro İhtiyacı ve Mücadelesi (Kerem Kıtay) - 3/15/2009
  • Azerbaycan Üç Nokta Gazetesi Köşe Yazarı Prod. Dr. Vagıf İbrahimoğlu'ndan Türk Dünyasına Sesleniş (Vagıf İbrahimoğlu) - 3/15/2009
  • Tiyatro Neden Güzeldir? (Ulaş Tuzak) - 3/15/2009
  • Konak Gençlik Tiyatrosu (Ulaş Tuzak) - 3/14/2009
  • Neden Fırtına Koptu ve Neden -Kendi Gök Kubbemiz- Çatırdadı? (Rıfkı Demirelli) - 3/14/2009
  • Özerk Sanat Konseyi (Savaş Aykılıç) - 3/14/2009
  • Yassakkk! (Yurdagül Yurtseven) - 3/12/2009
  • Maskeliler - İstanbul Büyük Şehir Belediyesi Şehir Tiyatroları / Kurnaz Yazar… -Bukalemun- Metin… (Melih Anık) - 3/12/2009
  • Sahne Senin İstanbul... (Orhan Aydın) - 3/10/2009
  • Kurt Puslu Havayı Sever (Nedim Saban) - 3/10/2009
  • Poyrazoğlu'ndan Aşkın Matematik Hesabı: İyi Günde Kötü Günde (Üstün Akmen) - 3/10/2009
  • Nesrin Kazankaya ve Tiyatro Pera'nın başarılı yükselişi... (Rengin Uz) - 3/8/2009
  • ABBOO! DİLBER HALA (Yurdagül Yurtseven) - 3/7/2009
  • İşte Toron Karacaoğlu'nun El Yazısıyla Sansürlenen Belge (Nedim Saban) - 3/6/2009
  • Orhan Alkaya’nın Nedim Saban'ın Yazısı ile İlgili Açıklaması (Orhan Alkaya) - 3/6/2009
  • Şehir Tiyatroları'nda Yeni Bir Sansür Hikayesi (Nedim Saban) - 3/5/2009
  • Tiyatrom.com veda edeli 1 yıl oldu ! (Moderator) - 3/5/2009
  • Öldün Duydun Mu? – Altıdan Sonra Tiyatro (İsmail Can Törtop) - 3/5/2009
  • Tiyatroda Günlük 5 Mart 2009 (Melih Anık) - 3/5/2009
  • Tiyatromuzda Mustafabey Ödülleri ve Açtığı Körkuyu (Üstün Akmen) - 3/4/2009
  • Çürüme (Orhan Aydın) - 3/4/2009
  • Röportaj: Tiyatro Eleştirmeni Üstün Akmen gelecekten umutsuz... (Üstün Akmen) - 3/3/2009
  • Biri Sanat mı Dedi? (Berkan Karasu) - 3/2/2009
  • Kafka'yı Yakmışlar (!) : Dönüşüm / İstanbul BB Şehir Tiyatroları (Melih Anık) - 3/2/2009
  • Antalya Devlet Tiyatrosu - Bay Kolpert - David Gieselmann (Öznur Çetin) - 3/1/2009
  • Tiyatrocular İlgi bekliyor (Adnan Tönel) - 3/1/2009
  • Teatral Bir Yazı: BALIK SEVDASI (Yurdagül Yurtseven) - 2/28/2009
  • Nuh'un Uzay Gemisi (Küresel Isınma ile İlgili - Çocuk Oyunu) (Hakan Atalay) - 2/28/2009
  • Tiyatroda Günlük - 26 Şubat 2009 (Melih Anık) - 2/26/2009
  • Mağdur Kız, İşkenceci Celladına Karşı: Ölüm ve Kız (Üstün Akmen) - 2/26/2009
  • Dervişin İçindeki Ölümü: Derviş ve Ölüm (Üstün Akmen) - 2/25/2009


  • Tiyatro Kursu Başlıyor!
    12 Şubat'tan itibaren her PAZARTESİ Kadıköy'de!
    Çalışanlara yönelik hobi sınıfı!



    Duyuru Panosu!



    Son Eklenen Tiyatro Oyunları

         Güncel Yazılar

    Yazar olmak ister misiniz?
    Yazar olarak tiyatrodunyasi.com ailesine katılmak, yazılarınızı yüzbinlerce tiyatroseverle paylaşmak isterseniz tiyatrodunyasi@tiyatrodunyasi.com adresine mail gönderebilirsiniz...

    Mail Listemize Üye Olun

         Güncel Haberler
    Tiyatro Maydanoz, Nazım’ın Kadınları ile Sahnede
    Tekin Deniz: Dümbüllü kavuğunu kimseye devretmedi

    Tiyatro Dünyası'nı takip Edin
     
     |  ..